Taekvondoçumuz Fəridə Əzizova da artıq yarımfinalda – YENİLƏNİB

  • By admin
  • 19 Avqust 2016 23:22

taek-1

Avqustun 19-da XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında digər təmsilçimiz – birinci Avropa Oyunlarının gümüş, dünya çempionatlarının bürünc medalçısı və beynəlxalq turnirlərin qalibi Fəridə Əzizova dayanq üzərinə çıxıb.

Gununsesi.info xəbər verir ki, turnirdə 67 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində yarışan taekvondoçumuz Fəridə Əzizova səkkizdəbir final mərhələsində ABŞ idmançısı Payqe Makferson ilə döyüşüb. “London-2012”nin və dünya çempionatının gümüş medalçısı ilə görüşdə rəqibinə 6:5 hesabı ilə qalib gələn təmsilçimiz dörddəbir final mərhələsinə adlayıb.

İdmançımızın dörddəbir finaldakı rəqibi məlum olub. Fəridə Əzizova növbəti mərhələdə özbəkistanlı Niqora Tursunqulova ilə görüşəcək.

Bu döyüş saat 23:00-da keçiriləcək.

***

Qeyd edək ki, bir az öncə Fəridə Əzizova dörddəbir finalda Asiya çempionatının mükafatçısı özbəkistanlı Niqora Tursunqulova ilə döyüşdə 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinal qarşılaşması saat 00:30-da keçiriləcək.

 

Gununsesi.info