Taekvondoçumuz Patimat Abakarova “Rio-2016”da Azərbaycan millisinin aktivinə bürünc medal yazdırdı

  • By admin
  • 18 Avqust 2016 10:33

taek

“Rio-2016” Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında Azərbaycan idmançısı Patimat Abakarova təsəlliverici görüşlərdə iştirak edib.

Gununsesi.info xəbər verir ki, ilk görüşdə Serbiya idmançısı Tiyana Boqdanoviçə məğlub olan Patimat Abakarovanın (49) rəqibi finala yüksəldiyi üçün taekvondoçumuz təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Avropa çempionatının və “Bakı-2015”in mükafatçısı P.Abakarovanın bürünc medal uğrunda ilk rəqibi çinli Jinqyu Vu olub. Qarşılaşmada iki dəfə geri düşməsinə baxmayaraq sona yaxın rəqibin başına əla zərbə endirən idmançımız 4:3 hesablı qələbə qazanıb. O, təsəlliverici görüşlərdə sonuncu rəqibi fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək XXXI Yay Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub və Azərbaycana yeddinci medalı qazandırıb.

Gununsesi.info