Tağı Əhmədovun həyat yoldaşı Akif Çovdarovun ittihamlarına cavab verdi- "NƏ QƏDƏR ŞƏR-BÖHTAN DEMƏK OLAR"

Tağı Əhmədovun həyat yoldaşı Akif Çovdarovun ittihamlarına cavab verdi

5650db7856b17.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara həyat yoldaşı Salatın Əhmədova aydınlıq gətirib.

Gununsesi.info xəbər verir ki, S.Əhmədova azvision.az-a açıqlamasında bildirib ki, həbsdə olan generalın Tağı Əhmədovun xaricdə mülklərinin və milyonlarla dollar dəyərində sərvətinin olması haqda məhkəmədə səsləndirdiyi fikirlər şər-böhtandır.

“Bütün bu məlumatlar yalandır və həqiqəti əks etdirmir. Nə qədər şər-böhtan demək olar”-deyə S.Əhmədova vurğulayıb.

Qeyd edək ki, A.Çovdarov məhkəmədə ifadəsi zamanı T.Əhmədovla bağlı sensasion fikirlər səsləndirib. O, bildirib ki, T.Əhmədov vəzifədə olduğu vaxt qeyri-qanuni yollarla dəyəri milyonlarla dollar olan varidat əldə edib. Çovdarovun sözlərinə görə, keçmiş metro rəisinin ölkə daxilində və xaricdə mülkləri, obyektləri var.

Gununsesi.info

COMMENTS