Tağı Əhmədovun oğlunun maşınla adam vurması nə təsdiq, nə təkzib olunur

  • By admin
  • 08 Sentyabr 2016 16:42

Tagi1

Mətbuatda yayılan məlumata görə, ləğv olunmuş MTN-nin sabiq Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi və hazırda həbsdə olan Akif Çovdarov Bakı Metropolitenin sabiq rəhbəri, YAP Yasamal rayon təşkilatının sədri  Tağı Əhmədovun oğlanlarından birinin aeroport yolunda dayanacaqda maşını ilə adam vurduğunu söyləyib.

Gununsesi.info-nun əməkdaşı bu məlumatı dəqiqləşdirmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb.

K. Əliyev bununla bağlı məlumatı olmadığını deyərək, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamağımızı məsləhət gördü.

Amma Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov əlaqə saxlamaq mümkün olmayıb, bütün günü edilən zənglərimzə cavab verməyib

Anar

Gununsesi.info