Tağı Əhmədovun 2 milyonunu “atan” şəxsə 9 il verildi

  • By admin
  • 17 Mart 2022 16:28
“Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı qaytarmamağa görə Bakı sakini Səadət Xəlilova 9 il həbs cəzası kəsilib.
Gununsesi.info xəbər verir ki, martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Hökmə əsasən, Xəlilov 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

İş üzrə zərərçəkmiş qismində Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyev tanınıb. İddia olunur ki, Xəlilov ondan mərmər biznesi adıyla üç dəfəyə (200 min, 800 min və 1 milyon manat) ümumilikdə 2 milyon alıb. Əliyev “Bakı Metropoliteni”nin keçmiş rəisinin dostudur.

“Əvvəl faizlərini vermişəm”

Məhkəmədə hökmdən öncə son sözünü deyən Xəlilov isə bildirib ki, Əliyevi zərərçəkən hesab etmir, çünki pulları ondan almayıb: “Mən pulu Tağı Əhmədovdan almışam, Soltan isə vasitəçi olub. Aylıq 1 faizlə – 1 milyona 10 min şərti ilə verilib. Yazıblar ki, guya qazanc adıyla alınıb pul. Qazanc oldu-olmadı, hər ay pul tələb olunursa, bunun adı faizdir. Əvvəl faizlərini vermişəm, sonra işdə problem yarandığına görə verə bilmədim. Mən Tağıya borcluyam…”.

Gununsesi.info