Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinə zərər yetirən şəxslər müəyyən olunaraq saxlanılıb.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E. Hacıyevin sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir.
DİN rəsmisi vurğulayıb ki, heykəlin qoparılan elementi heykəltaraşın iştirakı ilə yerinə bərpa edilib.
Adları açıqlanmayan şəxslər Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlinin əlindəki təsbehi qırıb kənara atmışdı.
Qeyd edək ki, heykəlin açılışından sonra sosial şəbəkələrdə heykəlin bir az yüksəklikdə olması barədə çoxsaylı çağırışlar da əks olunub. Ümid edirik ki, hökümət, aidiyyatı qurumlar, Bakı Şəhər İcra Hakimiyyəti heykəlin bir az hündürdə qoyulması üçün müvafiq tədbirlər görəcək.
Gununsesi.info