
“Yeni Azərbaycan Partiyası “Siyasi partiyalar haqqında” yeni qanunun tələbinə uyğun olaraq üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim etmişdi. Artıq nazirlikdən bizə müsbət cavab gəlib. 750 min üzvümüzlə yenidən dövlət qeydiyyatına alınmışıq”.
Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında YAP sədrinin birinci müavini, partiyanın Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov deyib.
Ədliyyə Nazirliyi əməkdaşlarının siyahıda üzv kimi təqdim olunan YAP-çılara telefon açıb-açmamasına gəlincə, Tahir Budaqov deyib ki, nazirlik bunu dəqiqləşdirmə üçün edib: “Bəli, bizim də adlarını təqdim etdiyimiz üzvlərimə zənglər edilib. Burada qeyri-adi nəsə yoxdur”.
Qeyd edək ki, Ədliyyə Nazirliyi REAL və Müsavat partiyalarına mənfi cavab verib.
Elmar
Gununsesi.info