Tahir Budaqov: “Əli İnsanovun çıxışını yüksək qiymətləndiririk” - ÖZƏL

  • By admin
  • 05 Noyabr 2022 11:39

14 illik həbs həyatı zamanı hakimiyyətə qarşı barışmaz müxalifət mövqeyində duran sabiq səhiyyə naziri Əli İnsanovun azadlıqda Prezident İlham Əliyevi dəstəkləməsi cəmiyyətdə maraqla qarşılanıb.

Qeyd edək ki, sonuncu çıxışında HƏP sədri  açıq şəkildə ölkə başçısının siyasətini dəstəklədiyini bəyan edib.

HTML tutorial

Bu isə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Bəzi şəxslər isə onu müxalif mövqeyinə dönük çıxmaqda ittiham edib.

Bəs görəsən, hakim partiyada bu haqda nə düşünürlər? 

YAP sədrinin müavini-Aparat rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında Əli İnsanovun bəyanatını şərh edib.

Azərbaycan Prezidentinin son illər siyasi sistemin yeni konfiqurasiyasını və dialoq mühitini yaratdığını vurğulayan Tahir Budaqov bildirib ki, ölkənin siyasi qüvvələri milli birlik naminə bu prosesə qoşulub: “Bu baxımdan mən Əli İnsanovun bu mövqeyini yüksək qiymətləndirəm. O,  44 Günlük Vətən Mühribəsindəki qələbəmizdə cənab Prezidentin rolunu vurğuladı. Onun bu bəyanatını təqdir edirəm. Bu onu göstərir ki, artıq  siyasi münasibətlərdə yeni mərhələ başlayıb”. 

 

Mətləb Yaqublu

Gununsesi.info