Tahir Budaqovdan növbədənkənar seçki açıqlaması - ÖZƏL

“Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı Cənab Prezidentin sərəncamı indi elan olunub. Yeni Azərbaycan Partiyası da növbədənkənar seçkilərlə bağlı qərarını, atacağı addımları tezliklə elan edəcək”.

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov deyib.

Qeyd edək ki, siyasi partiyalar özünün prezidentliyə namizədini Partiyanın Ali orqanı olan Qurultayda müəyyən edir.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Elmar
Gununsesi.info