Tahir Mirkişili: “Vahid Əhmədova təzyiq edilməsi barədə məlumatsızam”

  • By admin
  • 29 İyul 2024 10:55

Uzun illər Milli Məclisin deputatı olmuş Vahid Əhmədov 1 sentyabr- parlament seçkilərində yenidən namizəd olsa da seçki yarışından çəkilib. 

Qeyd edək ki, Vahid Əhmədov bu barədə qərarını yaşlı olması və ailə üzvləri ilə məsləhətləşməsindən sonra verdiyini deyib.

Ancaq sosial şəbəkə fəalları onun seçkidən çəkilməsinin arxasında təzyiq olduğunu vurğulayıb.

İddia olunur ki, Vahid Əhmədovun parlamentdə problemlərdən danışması, taleyüklü məsələlərə özünəməxsus yanaşması və tənqidləri onu hökumət üçün arzuolunmaz şəxsə çevirib.

 

YAP İdarə Heyətinin üzvü, deputat Tahir Mirkişili Gununsesi.info-ya açıqlamasında seçkiqabağı mühitin demokratik olduğunu deyib: “Mindən çox namizəd var. Hər gün də onların sayı artır. Mən şahidi olmamışam ki, kiməsə təzyiq edilsin. Vahid Əhmədova da gəlincə, mənim xüsusi bir məlumatım yoxdur. O namizədliyini könüllü geri götürüb və bunun səbəbini də  mediaya açıqlamasında da  özü deyib.  Bütövlükdə seçki mühiti kifayyət qədər demokratikdir. İstənilən adam seçkidə iştirak edir”. 

 

Elmar

Gununsesi.info