Tahir Salahovun həyat yoldaşı vəfat edib

  • By admin
  • 29 Noyabr 2020 20:04

Məşhur azərbaycanlı rəssam Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova Bakıda vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə öz Azərbaycan Rəssamlar İttifaqından bildirilib.

“Biz onunla artıq 40 ildən çoxdur bir yerdəyik və Varvara xanım heç vaxt mənə “sən” deyə müraciət etməyib. Bu, onun yüksək ziyalılığından və mənə sonsuz hörmətindən irəli gəlir.

Varya elə insandır ki, ondan yorulmursan. O, həmişə nəzakətlidir, xeyirxahdır, insanlara qarşı diqqətlidir.

Varya mənim daimi ilham mənbəyimdir. Mən dəfələrlə onun portretini çəkmişəm. Bu işlərdə Varvaraya olan münasibətlərim, hisslərim öz əksini tapıb. O, sədaqətli, etibarlı insandır və mən bu keyfiyyətləri çox yüksək qiymətləndirirəm, ona da bu cür nəzakətlə yanaşmağa çalışıram. Sevimli insanın yanında olmaq, onunla eyni istiqamətə “baxmaq” xoşbəxtlik deməkdir”,-deyə Tahir Salahov bir müddət öncə həyat yoldaşı haqqında demişdi.

Tahir Salahovla Varvara Salahovanın evliliyindən İvan adlı bir oğlanları doğulub.

Allah rəhmət eləsin…

Gununsesi.info