Tailandda yeni bir bitki növü kəşf edildi

  • By admin
  • 14 Aprel 2023 17:31

Tailandlı araşdırmaçılar Anonnaqillər soyuna aid gözəl qoxulu yeni bir çiçək növü kəşf ediblər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çianq May Universitetinin araşdırmaçıları bitki növünü Tailandın cənubundakı Narathivat şəhərində araşdırmalar edərkən tapıblar.

“Blackpink” qrupunun Tailand əsilli üzvü Lalisa “Lisa Manovan”dan ilham alan qrup bitkiyə “Friesodielsia lalisae” adını verib.

Nadir olmasından dolayı, bu bitkinin nəslinin tükənmə riski var.

Tailan Elmi Araşdırma və İnnovasiya Qurumunun dəstəyi ilə başladılan layihə Anonaqillər ailəsindəki nadir və bilinməyən bitkilərin təsnifi və təkamülünü araşdırma və qorumağı məqsədi ilə gerçəkləşdirilir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info