
Tailandın baş naziri Prayut Çan-O-Ça maska taxmadığına görə cərimələnib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ölkədə qüvvəyə minən koronavirusla bağlı məhdudiyyətlərə görə 49 əyalətdə və Banqkokda ictimai yerlərdə maska taxmaq məcburidir.
Sosial şəbəkələrdə baş nazirin maskasız fotoları yayıldıqdan sonra Banqkok qubernatoru onun 6000 bat (190 dollar) məbləğində cərimələndiyini yazıb.
Gununsesi.info