Tailandın cənubunda daşqın fəlakəti: 20 min ev yararsız hala düşdü

  • By admin
  • 27 Dekabr 2023 09:30

Tailandın cənub bölgələrində təsirli olan musson yağışları bir çox bölgədə həyatı dayandırıb.

Gununsesi.info xəbər verir ki, yağışların intensivliyi artdıqca çaylar daşaraq bir çox yaşayış məntəqələrinə və əkinçilik sahələrinə ziyan vurub.

Seldən zərər çəkən Yala və Narathivat əyalətlərində qayıqların köməyi ilə təxliyə və yardım işləri aparılarkən, evlərini boşaltmalı olan yerli əhali üçün təcili yardım mərkəzi yaradılıb.

Fəlakətlərin Qarşısının Alınması Departamentinin (DDPM) verdiyi açıqlamada, 24 rayonda və 5 əyalətdə 384 kənddə ümumilikdə 19 min 624 evin seldən zərər çəkdiyi və yağışların qarşıdakı iki gün ərzində davam edəcəyi bildirilib.

Məlumatda vətəndaşlar evlərini tərk etməyə hazır olmağa çağırılıb.

Gununsesi.info