
Neftçalada taksi dərəyə yuvarlandı, sürücü yaralanıb.
Gununsesi.info xəbər verir ki, hadisə Salyan Neftçala avtomobil yolunda Kürqarabucaq kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Beləki, BakınınYasamal rayon sakini, 47 yaşlı Şahin İsmayılov idarəetdiyi avtomobillə hərəkətdə olarkən yolun döngə hissəsində idarəetməni itirib. Nəticədə avtomobil aşaraq yoldan 50 metr aralıya düşüb.
Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
YaralıNeftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info