Taksi duracağından kənarda müştəri gözləyən taksilər cərimələnəcək

  • By admin
  • 16 Dekabr 2016 14:27

taksi

Azərbaycanda taksilərə xüsusi ayrılmış duracaq yerlərindən kənarda sifariş qəbul etmək qadağan edilir.

Gununsesi.info-nun məlumatına görə, Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı əlavələr edilməsi müzakirə olunub.
Məcəlləyə təklif edilən 22.0.8-ci maddəsinə əsasən taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. Buna əməl etməməyə görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.

Layihə səsə qoyularaq qəbul olunub.

M. Bünyadlı

Gununsesi.info