Taksi sürücüləri 50 manat cərimə olunacaq- XƏBƏRDARLIQ

Taksi sürücüləri 50 manat cərimə olunacaq

Nasaz və ya plombu pozulmuş taksometrlə (yol haqqını hesablayan taksi sayğacı) sərnişin daşıyan taksi sürücüləri cərimələnəcək.
Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkiliVüsal Hüseynovqeyd edib.
O bildirib ki, Milli Məclisdə müzakirə ediləcək yeni qanun layihəsinə əsasən nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşıyan taksiləri 40 manatdan 50 manatadək məbləğdə cərimə gözləyir.
Gununsesi.info

COMMENTS