Taksi sürücüləri müştəri üstündə bir-birini bıçaqladı

  • By admin
  • 17 Fevral 2024 10:04

Gəncə şəhərində müştəri üstündə taksi sürücüləri arasında mübahisə düşüb.

Gununsesi.info-nun  “report”a istinadən məlumatına görə, Bakıya sərnişin daşıyan taksi sürücüləri arasında mübahisə nəticəsində onlar bir-birinə kəsici alətlə xəsarət yetiriblər.

Xəsarət alan – 1980-ci il təvəllüdlü Samir Arif oğlu İsmayılov və Nadir adlı digər şəxs Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info