Taksi sürücülərinin nəzərinə: oktyabrın 1-dən… - VİDEO

  • By admin
  • 21 Sentyabr 2021 12:40

Oktyabrın 1-dən taksi sürücülərindən də 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq.

Gununsesi.info xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Xəzər xəbər”ə açıqlamasında taksi fəaliyyəti ilə məşğul olan şəxslərin mütləq qaydada koronavirusa qarşı peyvəndin ikinci dozasını qəbul etməli olduğunu bildirib.

Onun sözlərinə görə, sürücülər immunitet sertifikatı alaraq da sərnişindaşıma fəaliyyəti göstərə bilərlər:

“Müəyyən olunan qaydaya görə, taksi fəaliyyəti ilə məşğul olan şəxslər sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir”.

Gununsesi.info