Taksi sürücüləri dürüst olmalıdır – BNA

  • By admin
  • 20 Oktyabr 2017 22:07

 vusal-kerimli

Dəmiryolu vağzalında, hava limanında taksilərin fəaliyyəti tənzimlənəcək. Bununla bağlı təkliflərimizi təqdim etmişik.

Report-un xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli “ASAN Radio”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə fəaliyyət göstərən taksilərə müəyyən tələblər qoyulacaq: “Taksi sürücüləri dürüst olmalıdırlar. Avtobus dayanacaqlarında taksilərin maneə törətməsi ilə bağlı da müzakirələr aparılır”.

V.Kərimli “Qarabağ” – “Roma” oyunundan sonra Bakı Olimpiya Stadionundan çıxan azarkeşlərin daşınması ilə bağlı yaranmış problemə də aydınlıq gətirib: “Düzdür, müəyyən çətinliklər oldu. Oyun üçün zəruri olan 453 avtobus ayrılmışdı. Ancaq stadiona gələn azarkeşlər səhvən başqa istiqamətə yönləndirilmişdi. Biz gələcəkdə belə problemlərlə qarşılaşmamaq üçün strateji plan hazırlamışıq, hökumətə və təşkilatçılara təqdim edəcəyik. Belə tədbirlər zamanı təşkilatçılar əvvəlcədən işin koordinasiya olunması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidirlər”.

 

Gununsesi.info