Türkiyənin İzmir şəhərində taksi sürücüsü Oğuz Ergeni 3 güllə ilə öldürən Delil Aysalın məhkəmə prosesi keçirilib.
Gununsesi.info bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, qərara əsasən, təqsirləndirilən şəxs Delil Aysal 17 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, fevralın 1-i O. Erge yol kənarında dayanan şəxsi soyuqda üşüməsin deyə, avtomobilinə əyləşdirib. Arxa oturacaqda oturan şəxs isə sürücüyə tapança ilə atəş açaraq onu ağır yaralayıb.