Taksidən istifadə edənlərə şad xəbər - VİDEO

  • By Günel
  • 09 Dekabr 2024 21:05

Son illərdə taksilərlə bağlı bəzi qanunlar qüvvəyə minib.

Bunlardan biri də taksilərə pos-terminalların quraşdırılmasıdır. Artıq bir neçə müddətdir ki, bəzi taksilərdə nağdsız ödənişlər üçün pos-terminallar quraşdırılıb.

Gununsesi.info xəbər verir ki, Baku TV-in əməkdaşı taksi fəaliyyətində tətbiq olunan sözügedən yeniliklə bağlı sakinlərin rəyini öyrənib.

“Pos-terminalların olması bizim üçün çox yaxşı haldır. Müştəri asanlıqla gedişhaqqını ödəyə bilir. Pul dərhal öz balansımıza yüklənir, heç bir problem yaşamırıq”, – deyə taksi sürücüsü bildirib.

Ətraflı süjetdə:

Gununsesi.info