Tale Bağırzadə və onun tərəfdarları aclıq aksiyasını davam etdirirlər

Həbsxanada aclığın 10-cu günündə “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin səhhətində problemlər yaranıb. Əsasən dünəndən bədəninin hərarəti yüksəlib. Bu barədə Hərəkatın sədr müavini Elçin Qasımov öz Facebook səhifəsində yazıb.

Gununsesi.info xəbər verri ki, Bununla belə, Bağırzadə Allaha küfür edən güc qurumlarının cəzalandırılması tələbilə aclıq aksiyasını davam etdirmək əzmindədir.

Öz növbəsində onun xanımı Leyla İsmayılzadə bildirib ki, iyunun 13-də Tale Bağırzadə evə zəng edib: “Səsində yorğunluq vardı. Son iki gündür hərarət, başgicəllənmə, gözlərində bulanıqlıq var”.

Buna baxmayaraq, Hərəkatın məlumatına görə, Bağırzadədən başqa onun tərəfdarları və digər dindarlar: Abbas Hüseynov, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Firudin Zeynalov, Fariz Məmmədov, Allahverdi Ruzbekar və Vəli Ələkbərzadə həbsxanalarda eyni tələblə aclığı davam etdirirlər:

Onlar son zamanlar dindarları saxlayıb dindirən polislərin sözlərini Allaha qarşı təhqir hesab edirlər.

Gununsesi.info