Taleh Bağırzadə Qobustandan çıxarıldı

  • By admin
  • 27 Noyabr 2022 14:15

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilən Müsəlman Birliyi Hərəkatının  sədri Taleh Bağırzadə 7 ildən sonra saxlandığı Qobustan Qapalı Həbsxanasından  12 saylı Cəzaçəkmə Müəssisəsinə etap edilib.

Bu barədə Gununsesi.info-ya insan hüquqları müdafiəçisi Rüfət Səfərov deyib .

HTML tutorial

Onun sözlərinə görə, Taleh Bağırzadə 12 saylı cəzaçəkmə müəssisəsinə daxil olan kimi ağır işgəncələrə məruz qalıb.

İşgəncə vermək üçün qrup yaradılıb və həmin qrupa CÇM-nin Elxan Həsənov adlı vəzifəli şəxsi rəhbərlik edib.

Məlumatda vicdan məhbusunun sağlıq durumunun ağır olduğu, eləcə də aclıq aksiyasına başladığı göstərilir.

Həftənin bazar günü olduğundan Penitensiar Xidmətin mövqeyini öyrənə bilmədik.

Mövzuya qayıdacağıq.

Afət

GUNUNSESİ.İNFO