Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının üzvü Əhsən Nuruzadənin mühakiməsi başa çatıb.
Gununsesi.info xəbər verir ki, Taleh Bağırzadənin tərəfdarı olan Ə.Nuruzadəyə 7 il həbs cəzası verilib.
Qeyd edək ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. İttihama görə, onun üzərindən 14.775 qram heroin tapılıb.Ə.Nuruzadəyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz narkotik əldə etmə, külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.
Amma Ə. Nuruzadə ittihamı qəbul etmir, günahsız olduğunu bildirir.
Gülər
Gununsesi.info