Taleh Bağırzadə 12 Saylı müəssisədə özünə qarşı təxribat gözləyir - VƏKİLİ İLAHİYYATÇI İLƏ GÖRÜŞÜB

  • By admin
  • 03 Dekabr 2022 21:54

Qobustan Qapalı Həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə göçürülən Müsəlman Birliyi Hərəkətının sədri Taleh Bağırzadənin vəkili Fəxrəddin Mehdiyev növbəti dəfə ona baş çəkib.

Bu barədə Gununsesi.info-ya danışan vəkil deyib ki, aclıq edən ilahiyyatçının səhhətində ciddi problemlər yaranıb.

“Aclığın yaratdığı fəsadlar artıq özünü göstərir. Tale bəy zəifləməklə bərabər qızdırır. Həkim nəzarətində olsa da onda, halsız və ağrılar yaşadığı müşahidə olunur. Bütün bununla belə o, aclığını davam etdirir. Həbsxana rəhbərliyi də onu qəbul edib, iradlarını dinləyib. Hacı Tale, hələ Qobustan cəzaçəkmə müəssisəsindən çıxanda ona -əşyalarını aparma, tezliklə geri qaytarılacaqsan- deyilməsini və onu bir zamanlar problem yaşadığı Babək İsgəndərov olan müəssisəyə köçürülməsini planlı təxribat adlandırır. Gəldiyi gündəcə B. İsgəndərovla aralarında yaşanan gərginlik, şərəf ləyaqətinin təhqir olunmasını o, davam edəcək problemlərin əsası kimi qiymətləndirir. Baş verənləri nəzərə alan Bağırzadə müəssisədə müavinlə qalacağı halda növbəti, üçüncü dəfə insidentin yaşanacağına əminlik ifadə edib. Ona görə də Tale bəy burada özü ilə bərabər onun şərəf ləyaqətini təhqir edən şəxsin ola biləcəyini mümkünsüz hesab edir. Bu məsələnin həllini tapmayacağı halda da o, aclığın davamına israrlıdır”

Gununsesi.info