Taleh Bağırzadə haqqında YENİ HÖKM

  • By admin
  • 13 Fevral 2018 14:12

Fevralın 13-də Qaradağ Rayon Məhkəməsində ilahiyyatçı Taleh Bağırzadə haqqında yeni hökm çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu dəfə o, CM-nin 317-2.1 (həbsdə saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşıması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinərək, cəzası artırılıb.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində altı nəfərin ölümünə səbəb olan əməliyyat zamanı həbs olunaraq, 20 il azadlıqdan məhrum edilmişdi. Onun həmin cəzadan 17 il 9 ayı qalıb. Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlov yeni ittihamla ilahiyyatçıya təyin etdiyi 5 aylıq cəzanı qalan müddətlə qismən birləşdirib. T.Bağırzadəyə qəti olaraq, 18 il həbs cəzası təyin olunub.

İttihama görə, Qobustan həbsxanasında T.Bağırzadədən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib.

T.Bağırzadə özünü təqsirli bilməyib. Məhkəmədə deyib ki, həmin kartlardan məhkumların bir çoxunda var.

Gülər

Gununsesi.info