Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Missiyası (UNAMA) “Əfqanıstanda İnsan Haqlarının Vəziyyəti” adlı hesabat dərc edib.
Gununsesi.info xəbər verir ki, UNAMA-nın dərc etdiyi hesabatda qadınların hüquqlarının Taliban tərəfindən pozulduğu və bu halın davam etdiyi bildirilib.
“Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası (UNAMA) qadınların azadlığını və məşğulluqda iştirakını məhdudlaşdıran hazırki hakimiyyətin qərarlarını qeyd edib.”
Hesabatda qadınların hüquqlarını məhdudlaşdıran nümunələrdən bir neçəsi qeyd edilib:
1) 3 may 2023-cü il tarixində Səhiyyə Nazirliyi tibb ixtisası üzrə ixtisas hazırlığını davam etdirmək üçün yalnız kişi tibb fakültəsinin tələbələrinə “Əlavə imtahan”a buraxılacağını açıqlayıb.
2) İyunun 3-də Baş Kəşfiyyat İdarəsinin əməkdaşları (Taliban bu bölməni oktyabrın 26-da yaradıb) qadın tibb işçisinin işləməsinə mane olublar. Onu beş saat saxlayaraq, sorğu-sual ediblər. Əgər işinə davam edərsə öldürəcəklərini bildiriblər. Tibbi işçisi iki gündən sonra öz istefası ilə işindən azad olunub.
3) İyunun 19-da Zorakılığın Təbliği və Qarşısının Alınması Nazirliyinin əməkdaşları isə əfqanlı qadını çubuqla döyərək, ona ictimai parkı tərk etməyi əmr edib.
Bildirilir ki, Birləşmiş Millətlər Təşkilatında çalışan əfqan qadınlarına qoyulan ağır məhdudiyyətlər missiyanın işinə ciddi şəkildə təsir edir.
Tərcümə
Şəbnəm
Gununsesi.info