
Əfqanıstanda “Taliban” yaraqlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb, 3 nəfər yaralanıb.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın şimalındakı Kunduz əyalətinin qubernatoru İsmətullah Moradi deyib.
Moradinin sözlərinə görə, hücum dünən gecə Daşt-e Arçı bölgəsində baş verib. O əlavə edib ki, hücum zamanı dörd yaraqçı öldürülüb, daha 6-sı isə yaralanıb.
Qeyd edək ki, daha öncə Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi ötən həftəni “19 ilin ən ölümcül” həftəsi adlandırıb.
“Taliban” yaraqlılarının həyata keçridiyi 400-dən çox hücum nəticəsində milli təhlükəsizlik qüvvələrinin 300-ə yaxın üzvünün öldürüldüyünü bildirib.
Gununsesi.org