Taliban Əfqanıstanın ikinci böyük şəhərinə daxil oldu

  • By admin
  • 12 Avqust 2021 17:31

Taliban hərəkatı Əfqanıstanda uğurlu hücum əməliyyatlarını davam etdirir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, hazırda ölkənin ikinci ən böyük şəhəri olan Qəndəharda döyüşlər gedir.

Qruplaşma üzvləri yerli həbsxananı ələ keçirərək məhbusları azad edib. Hazırda döyüşlər şəhərin mərkəzi meydanında gedir.