“Taliban” Əhməd Şah Məsudun məqbərəsini ələ keçirdi

  • By admin
  • 06 Sentyabr 2021 19:46

“Taliban” döyüşçüləri Pəncşirin müqavimət qüvvələrinin lideri Əhməd Məsudun atası Əhməd Şah Məsudun məqbərəsini ələ keçirdiklərini elan ediblər.

Gununsesi. info “RİA Novosti”yə istinadən xəbər verir ki, onların yaydığı video-görüntüdə məqbərə və qarşısındakı boş meydan göstərilir.

Qeyd edək ki, Məsudun məqbərəsi Bazarakdan 8 kilometr məsafədə yerləşir. Daha əvvəl Əfqanıstan Milli Müqavimət Cəbhəsinin sözçüsü Əli Nəzəri bölgənin böyük hissəsinin və ona bitişik vadilərin hərəkat qüvvələri tərəfindən idarə olunduğunu bildirmişdi.

Gununsesi. info