Taliban üzvləri Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətindəki təhlükəsizlik qüvvələrinə hücum edib.
Gununsesi.info xəbər verir ki, hadisə zamanı Balabuluk rayonunda 18 asayiş keşikçisi həlak olub, üç əməkdaş oğurlanıb. Təhlükəsizlik qüvvələrinin daha 6 əməkdaşı isə vilayətin inzibati mərkəzi olan Fərəh şəhərində qətlə yetirilib.
Qeyd edək ki, 2014-cü ildə ABŞ-ın hərbi birləşmələri Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu Talibanın nəzarətinə keçib. Bölgədə həmçinin İŞİD terrorçuları da aktiv fəaliyyət göstərir.
Gununsesi.info