“Taliban” insanları on iki nəfəri döyməyə dəvət edib

  • By admin
  • 24 Noyabr 2022 13:58

“Taliban” insanları on iki nəfəri döyməyə dəvət edib.

Gununsesi.info xəbər verir ki, radikallar Loqar əyalətinin Pul Aləm şəhərindəki stadionda yüzlərlə yerli sakinin gözü qarşısında üç qadın və doqquz kişini döyüblər. Qubernatorluq sosial şəbəkələr vasitəsilə “fəxri alimlərə, mücahidlərə, ağsaqqallara, tayfa başçılarına və yerli sakinlərə” cəza dəvəti göndərib.

Oğurluq və zina ittihamı ilə mühakimə olunanların hər biri 21-39 arası şallaq zərbəsi alıb. Rəsmi məlumatlara əsasən, döyülmələrə yüzlərlə adam qatılıb, foto və video çəkilişlərə qadağa qoyulub.

Loqar qubernatorunun müavini Enayatullah Şuca daha sonra döyülmələrlə bağlı açıqlamasında “Şəriət qanunu Əfqanıstandakı problemlərin yeganə həllidir və ona hörmət edilməlidir”, – deyə vurğulayıb.

Bu cür açıq şallaqlar, eləcə də iddia edilən cinayətlərə görə açıq edamlar və daşqalaqlar Taliban hakimiyyətinin ilk dövründə, 1996-cı ildən 2001-ci ilə qədər adi hal idi.

Bundan əvvəl Əfqanıstanın Ali rəhbəri və Əfqanıstan İslam Əmirliyinin əmiri Həybətullah Axundzadə hakimlərə İslam qanunlarının bütün aspektlərinə, o cümlədən açıq edam, daşqalaq, şallaq və oğruların üzvlərinin amputasiyasına riayət etməyi tapşırmışdı.

Xatırladaq ki, 2021-ci ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirən Taliban 1990-cı illərdəkindən fərqli olaraq daha xeyirxah olacağını vəd etmişdi. Eyni zamanda hüquq müdafiəçiləri qeyd edirlər ki, qruplaşma vətəndaşların, xüsusilə də qadınların azadlıqlarını daim pozur. Qadınlara üzləri açıq və kişi qohumun müşayiəti olmadan çölə çıxmaq qadağası tətbiq olunur. Onlara müəyyən vəzifələr tutmağa da icazə verilmir.

Gununsesi.info