Taliban liderinin oğlu öldürüldü

  • By admin
  • 22 İyul 2017 15:57

taliban_(1)
Taliban lideri Molla Heybətulla Axundzadənin oğlu Əfqanıstanda hərbçilərə hücum zamanı öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Röyter informasiya yayıb.

Taliban nümayəndəsinin verdiyi məlumata görə, liderin oğlu 23 yaşlı Əbd ər-Rəhman Xalid əfqan hərbçilərinə qarşı partladıcı yerləşdirilmiş maşını partlatmaq istəyərkən öldürülüb. Hücum nəticəsində partladıcı yerləşdirilmiş maşın mühafizə postlarına çatmamış məhv edildiyi üçün hərbiçilər arasında itki olmayıb.

Xatırladaq ki, 2016-cı ilin may ayının 21-də Talibanın keçmiş lideri Molla Axtar Mənsurun öldürülməsindən sonra onun yerinə Molla Heybətulla Axundzadə yeni lider seçilmişdi.

Gununsesi.info