“Taliban” medianı da ÇÖKDÜRÜR: "Fəaliyyətimizi dayandırmaq məcburiyyətində qaldıq"

  • By admin
  • 10 Oktyabr 2021 22:00

Əfqanıstanda yeganə idman telekanalı fəaliyyətini dayandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “TOLO News” telekanalının verdiyi məlumatda deyilir.

“3 sport” telekanalının rəhbərliyində təmsil olunan Şafikulla Səlim Poya deyib ki, telekanal iqtisadi problemlər və hakimiyyətə gəlmiş “Taliban” hərəkatının formalaşdırdığı strukturların tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fəaliyyətini dayandırıb.

“Son zamanlar telekanalın müxbirləri hər hansı tədbiri işıqlandırmağa gedərkən məhdudiyyətlərlə üzləşiblər. “Taliban”ın hakimiyyətə gəlməsindən sonra ölkədə ümumilikdə 150 KİV fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb”, – deyə Səlim Poya qeyd edib.

Gununsesi.info