
Taliban Əfqanıstanın şimal-şərqində müqavimət qüvvələrinə qarşı hücuma başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Hasht-e subh məlumat yayıb.
Məlumata əsasən 800 nəfərlik Taliban qrupları Bədəxşan əyalətinin Şevle və Şahad rayonlarında 5 gündür ki, əməliyyat keçirir.
Bildirilir ki, ölkənin müxtəlif bölgələrində Talibana qarşı üsyanların sayı artıb. Kabil, Pərvan, Təxar və Bədəxşan əyalətlərində onların rejiminə etirazlar olur.
Qeyd edək ki, avqustun 16-da Taliban Əfqanıstanda “şəriətə əsaslanmayan” siyasi partiyaların fəaliyyətinə qadağa edib.
Tərcümə
Şəbnəm
Gununsesi.info