“Taliban” Pakistan vertalyotu və ekipajını girov götürdü

  • By admin
  • 06 Avqust 2016 13:49

tal

Pakistan vertalyotunu və ekipajını “Taliban” girov götürüb.

Gununsesi.info “Dawn” nəşrinə istinadən xəbər verir ki, Əfqanıstanın Lohar əyalətində qəza enişidi edən Pakistana məxsus Mi-17 vertolyotu “Taliban” radikal silahlı qruplaşma tərəfindən girov götürülüb. Vertolyot və ekiaj üzvləri hazırda “Taliban”-ın “Təhriri-Taliban” qruplaşmasının əlindədir. Vertalyotun ekipaj üzvləri sağ-salamat talibançıların əlindədir. Lohar əyaləti “Taliban”ın tam nəzarətində olduğundan Əfqanıstan hökuməti və Amerikan qoşunları əməliyat həyata keçirib, onları azad etməkdə çətinlik çəkirlər. Vertalyot və ekipaj üzvləri haqqında məlumat verən “Taliban” hərəkatının üzvü Kari Seyfulla Məhsud bildirib ki, ekipaj üzvləri sağ salamatdır. Atışma nəticəsində bir nəfət talibançı ölüb, ikisi isə yaralanıb. “Taliban” təmsilçisi onu da bəyan edib ki, hökumət və Amerikan hərbi qüvvələri onları azad etməkdən ötəri əməliyyat keçriməyə cəhd etməsinlər. “Əgər belə bir əməliyyat keçiriləcəyi təqdirdə ekipaj üzvləri öldürüləcək”- deyə, o, qeyd edib.

Gununsesi.info