“Taliban” rəsmisi generalın qızını polis idarəsində zorlayıb

“Taliban”ın Daxili İşlər Nazirliyinin keçmiş sözçüsü Kari Səid Xosti ABŞ-ın ölkəni işğalda saxladığı dövrdə Əfqanıstan ordusunda general kimi xidmət etmiş hərbçinin qızını zorla evlənməyə məcbur etdirməkdə və onu zorlamaqda ittiham edilir.

İlahə adlı qadın Kabil Dövlət Universitetinin tələbəsi olub. Qadın bildirib ki, Səid Xosti onu polis idarəsində zorlayıb.

HTML tutorial

İlahə oraya zorla gətirilib və ondan “Taliban”ın keçmiş sözçüsü ilə nikaha girmək tələb edilib.

Əri tərəfindən davamlı döyülmələrə məruz qalan İlahə Pakistana qaçmaq istəyərkən sərhəddə həbs edilib.

Qadın mətbuat vasitəsi ilə yaydığı açıqlamada “Taliban” üzvlərinin ondan qisas almağa hazırlaşdıqlarını bildirib.

Hadisəyə Səid Xosti də münasibət bildirib.

O, İlahə ilə evləndiyini etiraf etsə də, hər şeyin qadının razılığı ilə olduğunu bildirib.

Səid Xosti əlavə edib ki, İlahə dinindən çıxıb və islam müqəddəslərini təhqir etdiyi üçün ondan boşanıb. Səid Xosti İlahəni heç vaxt döymədiyini də vurğulayıb.

Gununsesi.info