

Taliban terrorçularının Əfqanıstanın şimalında Məzari-Şərif əyalətində hökumət qoşunlarının bazasına hücumu etməsi nəticəsində ən azı 140 Əfqan əsgəri öldürülüb.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Əfqanıstan hökumətinin verdiyi məlumata görə, terrorçular hərbi bazaya hökumət qoşunlarının uniformasınə geyimnərək daxil olublar və orada atışma yaranıb. Hadisə Cümə günü hərbçilərin hərbi bazadkı məsciddən Cümə namazından çıxan zaman baş verib. Terrorçular yeməkxanadakı əsgərləri də güllələyiblər.
Taliban terrorçuları isə bəyan ediblər ki, onlar canlı bambadan yəni kamikadzedən istifadə ediblər.
BBC-nin verdiyi məlumata görə.ş ölənlərin sayı getdikcə artır.
Bazaya hücum nəticəsində Taliban terrorçuları da itkiyə yol verib. Onların da ən azından 10 itki verdiyi bildirilir.
Gununsesi.info