“Taliban”dan daha bir qadağa

  • By admin
  • 24 Dekabr 2022 21:15

“Taliban” Əfqanıstanda qadınların milli və beynəlxalq qeyri-hökumət təşkilatlarda (QHT) işləməsini qadağan edib.

Gununsesi.info AFP-yə istinadən xəbər verir ki, hakimiyyət “ciddi şikayətlərdən” sonra qadın işçiləri işdən uzaqlaşdırmağı əmr edib.

“İqtisadiyyat Nazirliyi bütün təşkilatlara növbəti xəbərdarlığa qədər qadınların işini dayandırmağa göstəriş verib”, – məlumatda deyilir.

Qərar ali təhsil nazirinin qadınların universitetlərdə təhsil almasına qadağa qoymasından bir həftə keçməmiş qəbul edilib.

Gununsesi.info