Talibanın xarici işlər naziri Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

  • By admin
  • 25 Yanvar 2022 16:13

Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Muttəqi Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Niklassonla görüşüb.

Gununsesi.info-nun “TOLO News”a istinadən verdiyi xəbərə görə, görüş bu gün Osloda baş tutub.

Taliban rəsmisi Aİ-ni Əfqansıtanla yaxşı münasibətlər qurmağa və əməkdaşlığa çağırıb.

Taliban XİN-in yaydığı məlumata görə, Tomas Niklasson Aİ-nin Əfqanıstana humanitar yardım göstərməyə davam edəcəyinə söz verib.

 

 

Gununsesi.info