“Taliban”la yenidən danışıqlara başladıq - TRAMP

  • By admin
  • 29 Noyabr 2019 16:03

Prezident Donald Tramp Şükran günü münasibətilə Əfqanıstandakı amerikan hərbçilərini ziyarət edib və “Taliban” hərəkatı ilə yenidən danışıqlara başladığını bəyan edib.

Gununsesi.org xəbər verir ki, paytaxt Kabil yaxınlığında yerləşən Baqram hərbi hissəsinə gedən Tramp ““Taliban” razılığa gəlmək istəyir və biz də onlarla görüşürük, eyni zamanda atəşkəsin lazımlığını deyirik” deyib.

Xatırladaq ki, Tramp sentyabr ayında ölkəsinin Əfqanıstanda 18 ildir apardığı hərbi əməliyyatları dayandırmaq üçün 1 il davam edən danışıqları dayandırmışdı. Danışıqların dayandırılma səbəbi “Taliban”ın təşkil etdiyi hücumda ABŞ hərbçisinin ölməsi olmuşdu.

Gununsesi.org