“Taliblər keçmiş rejimin 100-dən çox tərəfdarını öldürüblər”

  • By admin
  • 31 Yanvar 2022 16:22

“Taliban” və bu hərəkata bağlı şəxslər Əfqanıstandna xarici qoşunların çıxmasından sonra onlarla dövlət məmurunu, təhlükəsizlik xidmətinin əməkdaşını, vaxtilə beynəlxalq hərbi kontingentlə çalışan insanları qətlə yetiriblər.

Gununsesi.info xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Quterişin hesabatında deyilir.

Doğrudur, sənəddə bununla bağlı konkret sübutlar gətirililməyib.

“Keçmiş hökmət üzvləri və onun təhlükəsizlik qüvvələrinin nümayəndələri üçün elan edilən amnistiyaya rəğmən hazırda Əfqanıstanda məhz onlara qarşı qətl, zorakı yollarla qəsb faktları davam etməkdədir”,-deyə hesabatda bildirilir.

BMT-ni Əfqanıstan missiyası (UNAMA) artıq 100-də arıtq insanın öldürüldüyünü təsdiqləyib.

Onlardan üçdə ikisi məhkəmədən kənar şəkildə edam olunub.

Bundan başqa, taliblər əsas rəqibləri sayılan İŞİD-in 50-dən çox təmsilçisinə ölüm cəzası tətbiq ediblər.

 

 

Gununsesi.info