Talıbovlar sabiq nazirin boya fabrikini necə ələ keçirib?

  • By admin
  • 11 Yanvar 2023 17:43

Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasında 30 illik hakimiyyətinə son qoyulması ölkənin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. 

Vasif Talıbovun taxtdan düşürülməsindən sonra onun ailəsi tərəfindən ayrı-ayrı vətəndaşlara qarşı edilmiş qanunsuzluqlar, əmlaklarının və biznesinin çökdürülməsi adi hal almışdı.

Gununsesi.info-ya daxil olan bir məlumatda Vasif Talıbovun “qara siyahı”sına düşən sabiq daxili işlər naziri Əhməd Əhmədovun da biznesinin əlindən alındığı bildirilir.

Məlumata görə, Əhməd Əhmədovu işdən azad edən Talıbov onun Naxçıvandakı boya fabrikini də ələ keçirib.

Bu proses isə Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Bəxtiyar İsmayılovun vasitəsi ilə həyata keçirilib.

Belə ki, Əhməd Əhmədəvun yaxın dostu olan Bəxtiyar İsmayılov sabiq nazirdən Seymur Talıbovun Əliabaddakı boya fabrikini tələb etdiyini deyib.

Bəxtiyar İsmayılovun vasitəsi ilə  fabrik onun yaxın qohumlarından birinin adına sənədləşdirilib.

 

Elmar Elnuroğlu

Gununsesi.info