“Tamaşaçıya müğənninin ifası lazımdır, orası-burası yox…” – Gülüstan Əliyeva

  • By admin
  • 18 İyun 2020 14:22

Əməkdar artist Gülüstan Əliyeva açıq-saçıq geyinən şou əhlini “topa tutub”.

Gununsesi.org xəbər verir ki, ARB telekanalında yayımlanan “Show-news” verilişinin qonağı olan sənətçi açıq geyimlərin müasirliklə əlaqəsinin olmadığını deyib:

“Düşünmürəm ki, müasirləşmək açıq-saçıq geyinməkdir. İnsanın düşüncəsi, beyni, dünyagörüşü müasir olsun, şərt budur. O insanların içində xalq artistlərimiz də var ki, hədsiz dərəcədə açıq-saçıq geyinirlər. Ad çəkmək istəmirəm. Məni dinləyən gənclər, estrada müğənniləri özləri biləcəklər ki, mən kimləri deyirəm. Bu gün biz dünya ulduzlarına da baxırıq. Şakira C.Lopezlə konsert verdi, fantastik bir şey idi. Tamaşaçılar onların ifalarını baxırdı, orasına-burasına yox. Onların geyimi də estetika idi. Hansısa müğənni onların səviyyəsində oxumağa qadir deyilsə, amma o geyimlərlə gündəmə gəlmək istəyirsə, yanlış fikirdədir”.

Əməkdar artist daha sonra qeyd edib ki, tamaşaçılar onu və sənət dostlarını heç vaxt açıq-saçıq geyimdə görməyəcəklər:

“Bizlər muğam ifaçıları olaraq xarakterimiz tam fərqlidir. Harada nə geyinmək lazımdır bilirik, yerinə görə geyinirik. Əgər biz səhnəyə çıxırıqsa tamaşaçı üçün bir etalonuq. Çünki bizə gənclər də, orta nəsil də baxır”.

Həmin görüntüləri təqdim edirik:

 


Gununsesi.org