Tamer Karadağlıdan onu söyən izləyicisinə sərt cavab- "DİLİNİ BOĞAZINDAN ÇIXARDARAM" (FOTO)

Tamer Karadağlıdan onu söyən izləyicisinə sərt cavab

Aktyor Tamer Karadağlı motosikleti ilə çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşdıqdan sonra gözləmədiyi reaksiya ilə üzləşib. 
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, istifadəçilərdən biri aktyoru söyərək onun fotosuna “….Hələ təzə qəza keçirmisən, ağıllanmadın” yazıb.
İzləyicisinin təhqiri Tameri əsəbiləşdirib. O, həmin şəxsə “Sənin o söyüş söyən dilini boğazından çıxardaram. Sən mənə ağıl verəcəksən?!” deyə sərt reaksiya göstərib. Aktyor daha sonrakı paylaşımında onu təhqir edən gəncin üzr istədiyini və bu səbəbdən onu bağışladığını qeyd edib.
Gununsesi.info

COMMENTS