Xalq artisti Nazpəri Dostəliyeva efirdə ilk dəfə fiziki məhdudiyyətli nəvəsini göstərib.
Gununsesi.info xəbər verir ki, o, ATV-də yayımlanan “Rəngarəng səhər” verilişinə vəfat edən oğlunun övladı ilə çıxıb.
“O mənim gizli sirrimdir. Ürəyimin ən zəif, dünyadan köçsəm, gözümün arxada qalacaq hissəsidir. Tamerlanım üçün həmişə narahat olmuşam. Övladımdan heç vaxt utanmamışam, utanmaram da. Həkimlərə müraciət etsəm də, Tamerlanım anadangəlmə qüsurludur. O mənim Əli balamın yeganə övladıdır”, – deyə Dostəliyeva söyləyib.
Qeyd edək ki, Nazpəri Dostəliyevanın oğlu Əli Quliyev 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib.
Gununsesi.info