TANAP-ın tikintisi 80 faizdən çox tamamlanıb - NAZİR

  • By admin
  • 04 Yanvar 2018 11:04

Transanadolu boru kəmərinin (TANAP) tikintisi 80 faizdən çox tamamlanıb.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak deyib.

Nazir qeyd edib ki, işlər planlaşdırılan qrafikdən tez başa çatıb.

Qeyd edək ki, Azərbaycanın “Şahdəniz” yatağından Avropaya qaz nəqlini nəzərdə tutan TANAP-ın dəyəri 7,9 milyard dollar təşkil edir.

Gununsesi.info