Tanımadığı insanlar Mübariz Mənsimovun atasına ehsan verir - FOTOLAR

  • By admin
  • 06 İyul 2023 19:02

Türkiyədə yaşayan məşhur xeyriyyəçi həmyerlimiz Mübariz Mənsimov atasının vəfatından sonra aldığı mesajlar haqqında yazıb.

Gununsesi.info bildirir ki, həmyerlimiz tanımadığı adamların onun atasına ehsan verdiyini qeyd edib:

Atam haqqın rəhmətinə qovuşduqdan sonra onun adına ehsan verdiyinizi və ya belə bir istəkdə olduğunuzla bağlı mənə çoxsaylı mesajlar göndərirsiniz. Bunlar arasında müxtəlif bölgələrdən, şəxsən tanımadığım insanlar var. Mən o insanlara ayrıca təşəkkür etmək istəyirəm.

Allah ehsanınızı qəbul eləsin!
Allah ölənlərinizə rəhmət eləsin, qalanlara can sağlığı versin!

 
Mais

Gununsesi.info