
Türkiyənin tanınmış əməliyyatçısı Hüseyin Çapkın İstanbul prokuroru Mehmet Şenay Baygının təlimatı üzrə nəzarətə götürülüb.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,İstanbul Polis İdarəsinin sabiq rəisi H.Çapkın Fətullahçı Terror Təşkilatı ilə bağlı aparılan araşdırma nəticəsində saxlanılıb. Hətta, H.Çapkının evində axtarış aparılıb. Onun Türkiyənin Çeşmə bölgəsində tutulduğu bildirilir.
Qeyd edək ki, Hüseyin Çapkın həm də Adana, İzmir, Bursa, Qaziantepdə təhlükəsizlik rəisi vəzifəsində çalışıb.
Anar
Gununsesi.info